ENG AZE RUS

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

PROQRAM İŞTİRAKÇILAR BİLETLƏR TƏŞKİLATÇILAR MÜSABİQƏ KONFRANS ƏLAQƏ

 

 

 

 

Əziz muğam pərəstişkarları!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və UNESCO-nun Baş Katibi Koiçiro Matsuura 2005-ci il avqustun 25-də Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak edərkən əmin olduqlarını bildirmişdilər ki, bu mərkəz muğam sənətinin qorunması və inkişafı ilə fəxr edən bütün ölkələr üçün ümumi bir ocağa çevriləcəkdir. Mərkəz artıq öz qapılarını muğamsevərlərin üzünə açaraq bu il martın 18-dən 25-dək keçiriləcək “Muğam aləmi” Beynəlxalq Festivalının iştirakçılarını qəbul etməyə hazırdır.

Əminəm ki, muğama həsr olunan sanballı müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin parlaq çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirməklə festival proqramını həm rəngarəng, həm də unudulmaz edəcəkdir.

Ümidvaram ki, festival muğamın yayıldığı geniş məkandan alim və musiqiçiləri müntəzəm şəkildə bir yerə toplamaqla bəşəriyyətin qeyri-maddi irsinin bu nadir incisinin qorunması işinə yeni təkan verəcək və mədəniyyətlərarası dialoqun inkişafına xidmət göstərəcəkdir.

Mehriban Əliyeva
UNESCO və ISESCO-nun xoşməramlı səfiri