ENG AZE RUS

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

PROQRAM İŞTİRAKÇILAR BİLETLƏR TƏŞKİLATÇILAR MÜSABİQƏ KONFRANS ƏLAQƏ

       
Marâghî ansamblı
Hüseyn Əl Ədhəmi
Nodira Pirmatova

Ömər Sərmini

Vasumati Badrinatan
Aişə Reduan
Angam Al Rafidain

Toufik Himmiçe
Müzəffər Şəfihi
Ayshamgul Muhammad

Elçin Həşimov
Aygun Bayramova

Elnur Əhmədov
Mənsum İbrahimov

Alim Qasımov
Ağaxan Abdullayev
Firuz Əliyev
İsmayıl Həmidov

Nuriyyə Hüseynova
Valeh Ələkbərov
Munis Şərifov

Səkinə İsmayılova
Fəxrəddin Dadaşov
Möhlət Müslimov
Mələkxanım Əyyubova
Zamiq Əliyev

Zabit Nəbizadə
Elşən Mansurov

 


Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Qədim Musiqi Alətləri Dövlət Ansamblı

       

 

 


“Maraği” Ansamblı
2008-ci ildə yaranıb.,

“Marağı”Ansamblının rəhbəri və dirijoru Covanni De Zorzi eyni vaxtda musiqiçi, etnik musiqi elmləri doktoru və etnik musiqi üzrə müəllimdir. Onun araşdırdığı əsas sahələrə Osman və Fars imperiyaları, eləcə də Orta Asiya regionundakı klassik şərq və sufi musiqisi daxildir. Öz fəaliyyətində Covanni De Zorzi ney musiqi alətində musiqi ifaçılığını və verdiyi dərsləri elmi araşdırmalar, elmi kitabların nəşrləri, eləcə də müxtəlif festivalların bədii rəhbərliyi ilə birləşdirməli olmuşdur.

“Maraği” Ansamblının heyəti

Françesko Klera: zərb alətləri
Covanni De Zorzi: ney, vokal, dirijor
Karlo Prezotto: reçitativ vokal
Sepideh Raissadat: vokal
Rəna Şieh: skripka, kamança
Covanni Tufano: ud, zərb alətləri bəndirdəf

  • 8 avqust 2008 il: təzə yaranmış “Maraği” Ansamblının Perucia şəhərindəki “Palazzo Penna” səhnəsində çıxış, Ara Dənizi Festivalında Enriko Bindoççi və Antonello Lamanna iştirakı ilə konsert.
  • 26 oktyabr 2008 il: Palermo, Müqəddəs Françesko Kilsəsi.
  • 26 noyabr 2008 il: Triyest şəhəri, səsyazmalar, konfrans və “Casa della Musica” səhnəsində konsert.

Səhifənin başlığına


HÜSEYN ƏL ƏDHƏMİ

Hüseyn Bin İsmail Bin Saleh Bin Rəhim Əl Obaidi Ələdhəmi 1952-ci il sentyabrın 8-də Bağdadda, Ədhəmiyə şəhərində anadan olmuşdur. Bağdad Universitetinin Şərq və Qərb Musiqi elmi fakultəsinin Bakalavr və Magistr pilləsini musiqi və oxuma üzrə Yüksək Diplomla bitirmişdir. İraq Musiqi Mirası ansamblının İraq Maqamı Artistlərinin direktorudur. Bağdad İnstitutu və Kollecində dekan, İraq Maqamı və Musiqisi müəllimidir. İraq Maqamı Evinin direktoru və məsləhət Komitəsinin başçısıdır. İraq Milli Musiqi Komitəsinin katibi, İraqda musiqi və oxuma Ali Məsləhət Komitəsinin üzvü, Fransa Bəstəkarlar, Yazıçılar Cəmiyyətinin üzvüdür.
1999-cu ildə İraqda əsas yeni mükafata layiq görülmüş, 2003-cü ildə İraq Mədəniyyət Nazirliyi tərəfindən Artist fəxri adını almış, İraq Müəllimlər İttifaqının üzvüdür.
2003-cü ildə bütün İraq musiqisinin oxunması, tədqiqi və təhlili üzrə UNESCO-nun Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Müğənni, yazıçı və tədqiqatçıdır, musiqi və oxuma haqqında 7 çap olunmuş kitabı və daha çox sayda əlyazması var.

Səhifənin başlığına


Nodira Pirmatova

19 noyabr 1976 il tarixində Sırdarya Vilayəti, Okalty rayonu, Özbəkistanda anadan olmuşdur.

1991-1995 illərdə Sodirxon Hofiz adına Musiqi Texnikumunun “Ənənəvi vokal” şöbəsində təhsil almışdı. Müəllimləri Barno Isxakova, Inomjon Isxakov, Saudulla Ibaydullayev və Jurabek Nabiyev olmuşdular.

1995-1999 illər ərzində Özbəkistan Dövlət Konservatoriyasının “Ənənəvi ifaçılıq sənəti” fakültəsinin vokal sinfində təhsilini davam etdirmişdi.

2003 ildə Abdulla Kodyray adına Daşkənd Dövlət Mədəniyyət İnstitutunun “Ənənəvi ifaçılıq sənəti” kafedrasında incəsənət magistri dərəcəsini almışdı.

2003 ildən bu günə kimi – “Ənənəvi ifaçılıq sənəti” kafedrasının baş müəllimidir.

Onun ustadları (müəllimləri) aşağıdakılar olmuşdur:

– Halima Nasirova,
– Saodat Kobulova,
– Kommuna Ismoylova,
– Turqun Alimatov,
– Fatohxon Mamadliye,
– Orifxon Hotamov.

Səhifənin başlığına


ÖMƏR SƏRMİNİ

1962-ci ildə Aleppoda anadan olmuşdur. Quran avazı və "Şih Əhməd Ədlabi" nəzdində Tajwid qanunlarını öyrənmişdir.
Aleppoda Ərəb Musiqi İnstitutunda "nadim əldərviş" ilə muvaşahat və "Mühəmməd qəssas" ilə ud üzrə təhsil almışdır.
"Daur", "muvaşah", "qəsidə" və "Aleppo qədləri" kimi qədim tarab musiqi formalarının ifaçısıdır. Suriya və xaricdə bir sıra konsertlərin, həmçinin Fez ruhani musiqi festivalı, Əl-Mədinə festivalı və Tunis Carthage festivalının iştirakçısı olmuşdur. Avropa və Amerikada bir çox festivallarda konsertlər vermişdir.

Səhifənin başlığına


Vasumati Badrinatan

Karnat musiqi ənənəsində çıxış edən hind vokalistidir. 1967-ci ildə Mumbayda (Hindistanda) musiqiçi ailəsində anadan olmuşdur. Erkən yaşlarından anasının rəhbərliyi ilə bu incəsənətə gəlmişdir.
Avropa, Asiya Sakit Okeanı və Afrika ölkələrində qastrol səfərlərində olur. Fes Dünya Müqəddəs Musiqisi Festivalı, Fransa Toxunuş Festivalı, Birləşmiş Adalarda Tamil Yeni İl Festivalı, Çennay Musiqi Festivalı və s. kimi milli və beynəlxalq festivallarda konsertlər təqdim etmişdir. Bir sıra tədqiqat layihələrində iştirak etmişdir.
İncəsənətə bəxş etdiyi töhfələrə görə “Sur-Mani”, “Singara Mani”, Padma Kalasagar” və “Padma Bharati” kimi adlarla mükafatlanmışdır. “Stree Gaanam” – Karnat Musiqisində qadın bəstəkarlarının xüsusi multimedia layihəsinə görə Mədəniyyət Nazirliyi tərəfindən qranta layiq görülmüşdür. Bütün Hind Radiosunun və Hind Mədəni Əlaqələr Konsulluğunun təcrübəli əməkdaşıdır.
4 albomun müəllifi olaraq fransız caz musiqiçisi ilə birlikdə çıxış edib hind musiqisini və cazı tərənnüm etmişdir.
Barata Natyam-ın (hind klassik rəqsi) istedadlı ifaçısıdır. Vasumati`nin SuviBadra Hind İncəsənəti və Mədəniyyəti İnstitutu hind incəsənəti və mədəniyyətinin anlaşılmasını gücləndirmək və inkişaf etdirməklə məşğuldur.
Klassik musiqi və rəqs haqqında çoxsaylı məqalələrin müəllifidir. Fransa Lill 3 Universitetində Tətbiqi Linqvistika üzrə professorluq dərəcəsi almışdır.

Səhifənin başlığına


Aişə Reduan

Mərakeşdə anadan olmuş və erkən yaşlarından ailəsi ilə birlikdə Fransada yaşamışdır. Berber musiqisi, caz-blyuz, qərbi musiqi, ərəb maqam mahnısı kimi bir sıra musiqi üslublarında təcrübə əldə etmişdir.
80-cı illərin axırında memarlıqdan uzaqlaşır və diqqətini bütünlükdə Yaxın Şərq Maqam musiqi ənənəsində cəmləşdirir.
Müxtəlif musiqiçilərlə işləmişdir, lakin ərəb ifası, poeziyası, kompozisiya və improvizasiyası incəsənətində ixtisaslaşmasına təkan verən vacib hadisə Livan perkussiyaçısı və etnomusiqişünası Həbib Yammin ilə tanışlığı oldu (1991-ci ildə "Əl Ədvar" ansamblının əsasını qoydular).
Müğənni və qanun/təbl sitra ifaçısı kimi fəaliyyət göstərir.
Fransa Mədəniyyət Nazirliyi ona musiqi tədqiqatı üçün təqaüd ayırıb.

Səhifənin başlığına


ANGAM AL RAFİDAİN ansamblı

Əl Makam (İraq qədim ifası) və bununla bağlı digər formaları ifa edən qruplardan biridir.
Əsası 1996-cı ildə İraq Makam Evində qoyulmuşdur. Bağdad Çalğısı üçün qədim dəbə uyğun olan dörd ənənəvi ifaçıdan ibarətdir:
1.Geoza (ənənəvi violina)
2. Əl santur
3. Əl rik
4. Zərb akəti (Tabla)
İraqda və onun hüdudlarından kənarda çoxlu sayda festivalların iştirakçısı olmuşdur.
Əlcəzairdə Ərəb Musiqi Konfransı (2001)
Ruhani musiqisi üçün Sülh Festivalı (2006)
Parisdə UNESCO mərasimi (2007)
ABŞ, Hollandiya, Almaniya və İsveçrədə bir çox tədbirlər.
Ansamblın üzvləri aşağıdakılardır:
1. Taha Qərib Əl-Ələk
2. Sabah H. Qali
3. Kais A.R. Mehdi
4. Məhəmməd Xəlil Salih.

Səhifənin başlığına


Toufik Himmiçe
1955-ci ildə Meknesdə anadan olmuşdur. Gənc yaşlarında ilk dəfə Zaouras Sufi mahnıları vasitəsilə musiqi kəşf etdi ki, bu da ərəb-əndalus musiqisinin ritmləri və moduslarını mənimsəmişdir. Meknesdə Musiqi Akademiyasına qoşulur (burada da musiqi ustan-şagird metodu ilə ənənəvi şəkildə tədris edilir).
Aşağıdakı dərəcə və adlara yiyələnmişdir:
Fəlsəfədə bakalavr dərəcəsi (iyun, 1978), Müəlliləri Hazırlıq məktəbində metodoloji diplom (Rabat, iyun, 1979),  Fes Konservatoriyasında Əndalus Musiqisi üzrə birinci mükafat (1979), violinaçı, əndalus musiqisi dirijoru.
1979-1997-ci illərdə Məktəbdə fəlsəfə müəllimi olmuşdur. Orta məktəbdə musiqi təlimi üzrə və 1997-ci ildən bu günə qədər Təhsil Nazirliyində inspektor kimi çalışır.
1983-cü ildən Meknes Konservatoriyasında əndalus musiqisi müəllimidir.
Bir çox festivallarda şöhrət qazandıqdan sonra öz şəxsi Nahdate Al Moussica al Andaloussia orkestrini yaratdı.
Nahda ansamblının üzvləri:

1. TAOUFİK HİMMİCHE – violonaçı və dirijor
2. ABDERRAHİM HİMMİCHE – müğənni
3. MOHAMMED DOUİR – ud ifaçısı
4. ANAS LAMHAMEDİ – zərb alətləri
5. AZİZ NAJDAOUİ – rubab

Səhifənin başlığına


   

Müzəffər Şəfihi 

1954-cü ildə İranın Kaşan şəhərində anadan olub. Onun ilk müəllimi və müğənnilik sənətinə gətirən adam öz atası olmuşdur. Atası ona İran “rədif”lərinin əsaslarını öyrətmişdir. 1972-ci ildə o, Cəmii Barbod adına Musiqi Fondunun ustadı İsmayıl Mehrtaşın dərslərinə gedib.
1981-ci ildə Müzəffər Şəfihi öz təhsilini o vaxtın məşhur müğənnisi olan Ostad Məhəmməd Reza Şacarianın yanında davam etdirmişdi. Müzəffər Şəfihi ondan bütövlükdə İran vokal musiqi sənətini və rədifin digər üslubunu öyrənib, öz ecazkar səsi ilə ifaçılıq fəaliyyətinə başladı.
Müzəffər Şəfihi ailə ənənəsini davam edərək tələbələrinə musiqi sirlərini öyrədir. O, bir çox konsertlər ilə İranda, həm də İtaliya, Fransa, İsveçrə və Türkiyə kimi ölkələrdə müvəffəqiyyətlə iştirak etmişdi.
Müzəffər Şəfihi İran Musiqisi Evinin ənənəvi vokalistlər şöbəsinin İdarə Heyətinin üzvüdür.

Səhifənin başlığına


Ayşemqul Memmet

Ayşemqul Memmet 1970-ci ildə anadan olmuşdur. 1992-1996-cı illərdə Çinin Xinjian İncəsənət İnstitutunda musiqi fakultəsində, 2000-2002-ci ildə Özbəkistanda Dövlət Konservatoriyasında təhsil almışdır. Xinjian İnstitutunda uyğur ənənəsi xalq musiqisi üzrə dərs deyir. Uyğur klassik musiqisindən ibarət 3 CD albomu vardır. 2008-ci ildə Çin Beynəlxalq Musiqi Festivalında Birinci mükafat qazanmışdır.

 

Səhifənin başlığına


Elçin  Həşimov

Həşimov Elçin 1992-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunu, 1997-ci ildə isə Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri şöbəsini (tar) bitirmişdir.
Əmək fəaliyyətinə 1997-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunda müəllim kimi başlamışdır. Hazırda həm də Azərbaycan Milli konservatoriyasında çalışır.
1999-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışır. Tar qrupunun yüksək dərəcəli Artistidir.
Bir çox muğam tamaşaları "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl" operaları və Niyazinin "Rast" baletində solo partiyaları yüksək professionallıqla ifa edir.
E.Həşimov bu gün çox populyar olan bir çox muğam ifaçıları – xalq Artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və s. ilə birgə muğam üçlüklərinin tərkibində geniş konsert fəaliyyəti ilə məşğul olur.
Mahir bir tarzən kimi milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, İsveçrə, Finlandiya, Hollandiya, İran, Türkiyə, Rusiya, Ukrayna və s. ləyaqətlə təmsil etmişdir.
2007-ci  ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


 Aygün Bayramova

A.Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu korifey sənətkarımız Ş.Ələkbərovanın sinfi üzrə bitirmişdir. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır. 1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.
2003-cü ildən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.  Teatrın səhnəsində    bir çox muğam operalarında  aparıcı partiyaları – "Leyli və Məcnun"da  Leyli,  "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi  böyük ustalıqla ifa etmişdir.
Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.
2005-ci ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən isə Prezident mükafatçısıdır.

Səhifənin başlığına


Elnur  Əhmədov 

Əhmədov Elnur 1994-cü ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri şöbəsini (kamança) müvafiq olaraq bakalavr və magistr dərəcəsi üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində başlamışdır. "Leyli və Məcnun" və "Aşıq Qərib" operalarında solistləri yüksək professionallıqla müşayət edir.
E.Əhmədov mahir bir kaman ustası kimi həm də bir çox görkəmli sənətçilər – Mənsum İbrahimov, Aygün Bayramova, Gülyaz Məmmədova və b. ilə birgə muğam üçlüyünün tərkibində çıxış edir.
Gənc olmasına baxmayaraq artıq neçə illərdir ki, Azərbaycan Milli Konservatoriyası və Milli Konservatoriyanın tərkibindəki Musiqi kollecində müəllim kimi çalışır.
E.Əhmədov milli musiqi və muğam sənətimizi dünyanın bir çox ölkələrində – ABŞ, İngiltərə, Fransa, Almaniya, İsveç, İsveçrə, Finlandiya, İran, Türkiyə və s. ləyaqətlə təmsil etmişdir.
2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Mənsum  İbrahimov 

M.İbrahimov A.Zeynallı adına Bakı musiqi texnikumu və Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
1985-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də azançı istedadlı muğam ustasının böyük peşəkarlıqla yaratdığı obrazlardır. 2003-cü ildə səhnəyə qoyulan "Nətavan" operasının tamaşasında isə Mənsum İbrahimov Xanəndə rolunu ifa edir.
Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıları və muğamlarımızın gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.
Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində İran, Türkiyə, İraq, Fransa, Belçika, Lyüksemburq, Yunan Kipri, ABŞ, Kanadada ləyaqətlə təmsil etmişdir.
Mənsum İbrahimov həm də pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Onun yetirmələri artıq respublika müsabiqələrində uğurla çıxış edirlər.
1998-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür.
Prezident mükafatçısıdır.

Səhifənin başlığına


Alim Qasımov

1957-ci ildə anadan olmuşdur.
Xalq Artisti

A. Qasımov 1978-1982-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində; 1982-1989-cu illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1988-ci ildə Beynəlxalq Səmərqənd festivalının birinci mükafatını qazanıb. 1988-ci ildən başlayaraq, muğam sənətini dünyada təmsil etməyə başlayıb. Yaradıcı bioqrafiyası Amerika, Fransa, Almaniya, İsveçrə, Hollandiya, İranda və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəngindir.1999-cu il, noyabrın 19-da Almaniyanın Aaxen şəhərində A. Qasımov UNESCOnun beynəlxalq musiqi mükafatıyla təltif edilib. 1999-cu Avropada çox məşhur olan  "Dərin okean məhəbbəti" diskinin və A. Qasımov haqqında UNESCOnun çəkdiyi sənədli filmin təqdimatı baş tutub.
1993-cü ildə Azərbaycan Xalq Artisti adına layiq görülüb. Həmin il Parisdə, 1994-cü ildə Hyustonda A. Qasımov musiqi medalıyla təltif edilib. 1989 – 2001- ci illər ərzində Avropada A. Qasımovun 10-dan artıq diski çıxıb. 2001-ci ildə Beynəlxalq Səmərqənd Festivalının birinci mükafatını alıb. Ağaxan fondu ilə əməkdaşlıq çərçivəsində A. Qasımovla bağlı daha bir sənədli film və yeni diskin Amerikada təqdimatı keçirilib. Hazırda məşhur violançelist YoYo Manın təşkil elədiyi və  dünyanın ən məşhur konsert salonlarını  dolaşan "Böyük İpək yolu" layihəsinin iştirakçısı və dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.
1989 – cu ildən Azərbaycan Dövlət Opera teatrının solistidir. Opera səhnəsində Məcnun, Aşıq Qərib kimi  rolları ifa edib. H. Əliyev adına Sarayda və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onlarla solo konsert verib.
A. Zeynallı adına musiqi məktəbinin müəllimidir, dosentdir.

Səhifənin başlığına


Ağaxan Abdullayev

Abdullayev Ağaxan 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.
1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə  müəllim vəzifəsinə dəvət olunmuşdur.
1977-ci ildən  A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.
1975-ci ildə  Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb.
Rusiya, Qazaxıstan, Gürcüstan,  Özbəkistan,  ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
1992-ci ildə  Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti  fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
2000-ci ildə pedaqoji  fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının  Fəxri fərmanı, 2001-ci ildə  Azərbaycan Respublikası  Simurq  Milli Mükafat Fondu, 2002-ci ildə "Humay"  Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.        

Səhifənin başlığına


Firuz Əliyev

Firuz Əliyev 1950 -ci ildə Bakıda anadan olmuşdur. Firuz Əliyev sənətdə ilk addımlarını  ustad sənətkar  Əhməd Bakıxanovun  rəhbərliyi ilə atmışdır. Tarzən   1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətə başlayır. Daha sonralar "Azərkonsert"  Birliyində, Azərbaycan Dövlət Televiziya və  Radio Verilişləri Şirkətində çalışır.  Firuz Əliyev tar məktəbinin  ustad sənətçiləri Əhməd Bakıxanov, Əliağa Quliyev, Əhsən Dadaşov kimi görkəmli şəxsiyyətlərdən bəhrələnərək, onların ləyaqətli varisi olmuşdur. Firuz Əliyev  milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Afrikada, Çexoslovakiyada, İranda,  İsraildə, Kanadada, Rusiyada, Gürcüstanda,Ukraynada, Özbəkistanda məharətlə təqdim etmişdir.   Azərbaycan  Milli Konservatoriyasında  pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Respublikasının Xalq Artistidir.

Səhifənin başlığına


İsmayıl Həmidov

İ.Həmidov  1985-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunu  kamança ixtisası üzrə  bitirmişdir. Musiqi Texnikumunu bitirdikdən sonra müəllim kimi fəaliyyət göstərmişdir.  Hövsan Mədəniyyət Evində müəllim  işləmişdir.
Bir çox dövlət tədbirlərinin iştirakçısı olmuş, Xalq Artistləri Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Alim Qasımov, Aygün Bayramova, Mənsum İbrahimov kimi sənətkarları tarla  müşayiət etmişdir.
İ.Həmidov bir çox xarici dövlətlərdə Azərbaycan  musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Misirdə, Fransada, Avstriyada, ABŞ-da, Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada, Koreyada, Türkiyədə, İranda keçirilən Mədəniyyət Günlərinin iştirakçısı olmuşdur.
Hazırda "Cəngi" estrada-folklor ansamblının  solistidir. "Rast" estrada kollektivinin üzvüdür.
2008-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Nuriyyə Hüseynova

1969-cu ildə anadan olmuşdur Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.Əməkdar Artist N.Hüseynova  Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə  təhsil almışdır.  A.Zeynallı adına Musiqi texnikumunda, 8 saylı uşaq musiqi məktəbində dərs demişdir. 1994-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində  müəllim kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
N.Hüseynova  ansamblın tərkibində   bir çox dövlət tədbirlərində çıxış etmişdir.2002-ci ildə  Fransanın  Paris və Strasburq  şəhərlərində UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında  UNESCO tərəfindən  kompakt-disk buraxılmışdır.  
O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.
2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Valeh Ələkbərov

1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1970-1979-cu illərdə A.Zeynallı adına musiqi texnikumunda  görkəmli tarzənlər  Bəhram Mansurov  və Əhməd Bakıxanovdan  dərs almışdır.  2007-ci ildə Azərbaycan Milli Konservatoriyasını tar ixtisası üzrə bitirmişdir.  Bir sıra xarici ölkələrdə konsertlərlə çıxış  etmişdir.  

 

Səhifənin başlığına


Munis Şərifov

1962-ci ildə anadan olmuşdur. M.Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında  təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim  vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının  işçisidir.
M.Şərifov  ansamblın tərkibində   bir çox dövlət tədbirlərində çıxış etmişdir.
2002-ci ildə  Fransanın  Paris və Strasburq  şəhərlərində UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında  UNESCO tərəfindən  kompakt-disk buraxılmışdır.  
O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

Səhifənin başlığına


Səkinə İsmayılova

S.İsmayılova A.Zeynallı adına Bakı musiqi məktəbini və Azərbaycan Dövlət İncəsənət institutunu bitirmişdir.
1980-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.
Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində -  İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir.
Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.
Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə H.Əliyev Sarayında və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır.
Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar.

Səhifənin başlığına


Fəxrəddin Dadaşov

F.Dadaşov 1963-cü ildə 2 nömərli uşaq musiqi məktəbini bitirdikdən sonra,  Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası  üzrə bitirmişdir.
1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun  Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında  konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya,  Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt  diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın  laureatı olmuşdur.
49 xarici ölkədə, F.Dadaşov o cümlədən Kanada, ABŞ-ın  Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə,  Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir.
C.Qaryağdıoğlu  adına muğam üçlüyünün solisti, Azərbaycan Milli  Konservatoriyasının dosentidir. 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Səhifənin başlığına


Möhlət Müslümov

M.Müslümov Ü.Hacıbəyli adına Azərabycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir. 1975-ci ildən S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist,  1988-ci ildən  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosentidir. Azərbaycan Dövlət  Televiziya və Radio Qapalı Səhmdar  Cəmiyyətinin Ə.Bakıxanov  adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır.  M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Rumıniya, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində  Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır.  Xarici ölkələrdə  20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır.

M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısıdır.        

Səhifənin başlığına


Mələkxanım Eyyubova

M.Eyyubova 1969-cu ildən 1979-cu ilə kimi Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi  M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakultəsində təhsil almışdır.
1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985- ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov  adına Xalq Çalğı Aətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır. Dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İran, İraq, Hollandiya, Belçika, Moskva və bir çox başqa şəhərlərdə konsert  proqramları ilə çıxış etmişdir.
1995 – ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Respublikanın Əməkdar və Xalq Artisti adına layiq görülmüşdür.
Almaniya, Fransa və Türkiyədə  muğam albomları buraxılmışdır.
Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır.

Səhifənin başlığına


Zamiq Əliyev

Z.Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil almışdır. 1970-ci ildə o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi qəbul olmuşdur.  Sənətçi 50-dən çox xarici ölkədə Azərbaycan xalq musiqisi və muğamlarını layiqincə təmsil etmişdir.
Yetirməsi Simarə İmanova ilə 1997-ci ildə ilk dəfə olaraq Səmərqənddə “Şərq Təranələri” festivalında Qran-Pri mükafatına layiq görülmüşdir.  
1998-ci ildə Z.Əliyev Respublikanın Əməkdar Artisti, 2006-cı ildə isə  Xalq Artisti fəxri adına layiq görülmüşdur.
Hal-hazırda Z.Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır, dosentdir.
2008-ci ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Zabit Nəbizadə

Z.Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına  Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində  təhsil almışdır.
2000-ci ildən  Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Z.Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam  şöbəsində  pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir.
2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Elşən Mansurov

E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını  Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur. 1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur. Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada  keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir.
2000-ci ildə uşaqlardan ibarət "Azəri" muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində "Expo -2000"-də çıxış etmişdir. 2002-ci ildən Hollandiyada fəaliyyət  göstərən Ümumdünya "Atlas" ansamblının üzvüdür. 2004-2006-cı illərdə "Azəri" muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın "Xarı Bülbül" muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində "Expo-2005"-də iştirak etmişdir.
2006-cı ildən UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında "Əbədi muğam" layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur.
2007-ci ildə  Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Səhifənin başlığına


Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmışdır. Keçmiş Sovetlər birliyində ilk orkestrlərdən olan Azərbaycan Dövlət Simfonik Orkestri fəaliyyətə başladığı vaxtdan professional musiqi mədəniyyətinin təbliğində mühüm rol oynamışdır. Orkestrin repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
Simfonik Orkestrə 1944-cü ildə Üzeyir Hacıbəylinin, 1960-cı ildə "respublikanın Əməkdar kollektivi" adı verilmişdir. Kollektiv ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Fransa, Misir, Türkiyə və digər xarici ölkələrdə böyük uğurla çıxış etmişdir.  
1984-cü ildən bu günədək Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət" ordenli, Dövlət mükafatları laureatı professor Rauf Abdullayev rəhbərlik edir.

Səhifənin başlığına


Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarı Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb. Yarandığı gündən 1992-ci ilədək orkestrin bədii rəhbəri – Xalq Artisti, professor Nazim Rzayev olmuşdur.
Keçmiş Sovetlər Birliyi ərzində, Moskva və Sankt-Peterburqda keçirilən Azərbaycan İncəsənəti Dekadalarında fəal iştirak etmişdir. Orkestrin ilk xarici səfərləri sırasında 1968-ci il də Bratislavada (keçmiş Çexoslovakiya) gənclərin Dostluq Festivalı, 1969-cu ildə Polşada Azərbaycan mədəniyyəti həftəsi çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, 1988-ci ildə Sarayevoda (Keçmiş Yuqoslaviya), 1989 və 1990-cı illərdə Tunisdə, 1991-ci ildə Türkiyədə olan çıxışları gostərmək olar.
1992-ci ildən 1995-ci ilədək orkestrə Respublikanın Xalq Artisti Ramiz Məlik- Aslanov başçılıq etmiş və onun rəhbərliyi ilə orkestr 1993-cü ildə Almaniyada müvəffəqiyyətlə silsilə  konsertlər vermişdir.
1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir.
1998-ci ildən bu günədək orkestri Respublikanın Xalq Artisti Teymur Göyçayev idarə edir. 1998-ci ilin iyun ayında orkestr Böyük Britaniyanın paytaxtı London şəhərində, sentyabrında isə, Fransada Qara Qarayevin anadan olmasının 80 illiyinə həsr edilən yubiley konsertində, 2000-ci ilin yanvar ayında İstanbulda İ.S.Bax festivalında, Hannoverdə (Almaniya) keçirilən "EXPO 2000" Beynəlxalq sərgisində çıxış etmişdir.
2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması ilə əlaqədar orkestr Strasburqda konsert verib. Həmin il kollektiv Avstriyada Azərbaycan mədəniyyəti günlərində də iştirak edib.
Avstriyada keçirilən Azərbaycan mədəniyyəti günləri (aprel, 2002), İstanbulda musiqi barokkosu festivalı (Türkiyə, yanvar, 2003), Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günləri (iyun, 2003), Birləşmiş Ərəb Əmirliklərindəki çıxış, həmçinin Ankara (Türkiyə, dekabr, 2004) və Tiflisdə keçirilən konsertlərdə çıxışları orkestrin yaradıcılığının maraqlı anlarını təşkil edir.
Orkestrin Səlim Akçıl (Türkiyə), Fabyen Terikson (Fransa), Simon Kamartin (İsveç) kimi xarici dirijorlarla da əməkdaşlıq edir. Orkestrin son qastrol səfərləri arasında Naqoyada (Yaponiyada), keçirilən "EXPO-2005" sərgisində, Misirdə, Cənubi Koreyada  keçirilən Azərbaycan Mədəniyyəti günlərində uğurlu iştirakı da bu yaradıcı toplumun sənət həyatında qazandığı yeni zirvələridir.
2007-ci il tarixində orkestr Fransanın Paris şəhərində Müqəddəs Maqdalena Kilsəsində konsert proqramı ilə çıxış etmişdir.

Səhifənin başlığına


Azərbaycan Dövlət Xor Kapellası

Azərbaycan Dövlət Xor Kapellası 1966-cı ildən Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərir. Kapellanın repertuarında mindən artıq əsər vardır. Kapella xalq mahnılarını, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, intibah dövründən başlamış müasir günlərə qədər yaradılmış müxtəlif xor musiqisi nümunələrini müvəffəqiyyətlə ifa edir. Fəaliyyət göstərdiyi illər ərzində kollektiv respublikamızda və xarici ölkələrdə keçirilmiş müxtəlif festival və tədbirlərdə uğurla çıxış etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq Artisti, professor Gülbacı İmanovadır.

Səhifənin başlığına

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

Azərbaycanda ilk notlu Xalq Çalğı Alətləri orkestri 1931-ci ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk Xalq Çalğı Alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır.
Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.
Azərbaycan Xalq Çalğı Alətləri Orkestri respublikanın mədəni həyatında önəmli rol oynamaqla yanaşı xarici ölkələrdə də Azərbaycan musiqisini layiqincə təbliğ edir.
Kollektivin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Ağaverdi Paşayevdir.

Səhifənin başlığına


Qədim Musiqi Alətləri Dövlət Ansamblı

1996-cı ildən Ümummilli lider Heydər Əliyevin sərəycamı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansamblın  yaradılmasının təşəbbüskarı, yaradıcısı və bədii rəhbəri Azərbaycan Respublikasınin Əməkdar Artisti, sənətşünaslıq elmləri namizədi, professor Məcnun Kərimovdur. Ansamblın bənzərsiz cəhəti ondadır ki, istifadə olunan musiqi alətləri orta əsrlərdə Azərbaycanda istifadə olunmuş və sonralar tamamilə unudulmuş qədim musiqi alətlərindən ibarətdir: çəng, çəqanə, bərbət, cəntur, rud, rübab, Şirvan tənburu, setar, çoğur, qanun, ney, dəf və s.
Bu musiqi alətlərində musiqiçilər XIV əsr musiqisini, Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edirlər.Ansambl 14 nəfərdən ibarətdir və o dövrə aid milli geyimlərdə çıxış edirlər.
Ansamblın konsertmeysteri Munis Şərifov 2006-cı ildə, 2007-ci ildə  2 nəfər solisti Nuriyyə İsmayılova və Teyyub Aslanov Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşlər.
Ansambl Azərbaycanın musiqi mədəniyyətini ölkə daxilində və beynəlxalq səviyyədə layiqincə təmsil edir.
Ansambl 1997-ci ildə Edinburqda (Şotlandiya) beynəlxalq simpoziumda, 1998-ci ildə Melburn şəhərində (Avstriya) və Parisdə keçirilən konfranslarda, 2002-ci ildə Fransada Voix et Route Romane (orta əsr musiqisinə həsr olunmuş) festivalda, həmin ildə Strasburqda, Parisdə UNESCO-nun iqamətgahında  konsertdə, 2003-cü ildə Alma-Atada konfransda, 2005-ci ildə İstambul şəhərində (Türkiyə) “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində keçirilən tədbirdə, həmin ildə Düşənbədə “Qəlblərin səsi” beynəlxalq festivalda iştirak etmiş və bu fesivalda diploma layiq görülmüşdür. Ansambl 2006-ci ildə Küveytdə keçirilən 13-cü Əl-Qureyn mədəniyət festivalında da konsert proqramı ilə çıxış etmişdir.
2002-ci ildə UNESCO-nun maddi dəstəyi ilə ansamblın “Keçmişin unudulmuş səsləri” adlı diski buraxılmışdır.
Ansambl rəsmi dövlət tədbirlərində, xarici olkə prezidentləri, nazirləri, həmçinin xarici qonaqlar qarşısında çıxış edirlər.
2005-ci ildə UNESCO-nun Baş direktoru Koişiro Matsuuranın şərəfinə İçərişəhər “Karvancaray”da verilmiş ziyafətdə konsert proqramı ilə çıxış etmişlər.
2007-ci ildə Xorvatiya ölkəsinin prezidenti cənab Stepan Mesiçinlə, İçərişəhər Karvansarayda Tacikistan Respublikasının prezidenti cənab Emoməli Rəhmon ilə görüşdə, Gülüstan sarayında İran Respublikasının prezidenti cənab Mahmud Əhmədinejadin ilə görüşdə, Türkiyənin Mədəniyyət naziri cənab Ərtoğrul Günay və başqaları  qarşısında çıxış etmişlər.
Ansambl mütəmadi olaraq muzeyimizə gələn xarici ölkə nümayəndələri, qonaqlar qarşısında ekspozisiyada konsert proqramları ilə çıxış edirlər.
Ansambl ötən illərdə olduğu kimi 2008-ci ildə beynəlxalq miqyasda keçirilən tədbirlərdə, festivallarda, mədəniyyət günlərində iştirak etmişdir.
2008-ci ilin 1-6 dekabr tarixlərində Mədəniyyət proqramları çərçivəsində Azərbaycan ili münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün  Almaniyanın Ştutqart şəhərində olmuş, tədbirdə konsert proqramı ilə çıxış etmişdir.

 

Səhifənin başlığına


Artist